AZ

RU

AZ PASLANMAZ

PASLANMAYAN POLADDAN MƏHSULLARIN

 HAZIRLANMASI,ÇATDIRILMASI VƏ QURRAŞDIRILMASI

Z. Bünyatov  20/61

info@paslanmaz.az

994 55 665 37 47

994 51 877 37 47

 

 

 

Biz paslanmayan poladdan olan və gündəlik istifadəyə yararlı şəxsi sifarişləri yerinə yetiririk.Pilləkən çəpərləri,məhəccərlər,tutacaqlar və s.məhsullarımız evinizi və artırmanızı orijinal şəkildə bəzəyəcək,mağaza,restoran və ya alış-veriş mərkəzinizin girişinə diqqəti cəlb edəcək və şübhəsiz faydalı olacaqdır.Paslanmayan polad atmosferdəki karroziyaya və aqressiv mühitə davamlı poladdır.Karroziyaya davamlı olması paslanmayan poladdan əsas üstünlüyüdür.O ilk dəfə 1913-cü ildə əldə olunub.Qarri Brearli(Harry Brearly) tüfənglərin lüləsini təkminləşdirmək üçün müxtəlif növ ərintilərlə təcrübə aparırdı.Bu zaman o,tərkibində xrom olan poladın korroziyaya davamlı olduğunu müşahidə etdi.İndi isə böyükdən kiçiyə qədər hamı bilir ki,paslanmayan polad korroziya qorxsu olmayan bir çox məmulatın hazırlanmasında istifadə olunur.Bu metal çox dözümlü və güvənli olduğu üçün uzun illər sizə xidmət edəcək.Bundan başqa-gida maddələri ilə əlaqəyə girərkən paslanmayan polad insana zərərli olan heç bir birləşmə ifraz etmir.Ona görədə bir çox ev əşyalarının hazırlanmasında ondan istifadə edilir.Bundan əlavə paslanmayan polad istehsalatın digər sahələrində-kimya və yeyinti sənayesi,elektroenergetika,tikinti,maşınqayırmada istifadə olunur.Belə poladın mexaniki xüsusiyyətləri istifadə olunan materialın nazikliyinə imkan verir ki,bu da məmulatın çəkisini azaldır.Paslanmayan poladın vacib cəhətlərindən biridə gigiyenik olmasıdır.Buna görədə onun üzərində rahatlıqla qida məhsullarını hazırlamaq olar.

 

Xromlu məhsullar - Paslanmaz poladdan hazırlanan məhsullardan nə ilə fərqlənir?

İlk baxışdan xromlu məhsulları paslanmaz poladdan hazırlanmış məhsullardan fərqləndirmək çətindir. Zahirən oxşar parlaqlığa malik olsalar da, bu materiallar istismar və fiziki cəhətdən fərqlidirlər. Tərkib və keyfiyyət baxımından xromlu məhsullar paslanmaz məhsullardan fərqlənir. Qara metalın üzərinə, əsasən, xrom vurulur. Adi qara metalı xromlasaq, açıq havada qaldıqca bir müddətdən sonra paslanacaq. Rütubətli və dəyişkən temperaturda məsaməli səth əmələ gələcək. Ümümiyyətlə, xromlu detal zərbəyə və cızılmağa qarşı həssasdır. Cızılmış və zədələnmiş hissənin paslanmaq ehtimalı çoxdur. Bir müddət sonra xrom üzlük soyulduqda onu bərpa etmək olmur.

Paslanmaz poladın üz səthi əbədidir və o hec vaxt silinmir. Onu zədələmək və cızmaq çətindir, amma zədələnmiş, cızılmış hissələri bərpa etmək və cilalamaq mümkündür. Xromlu məhsullardan fərqli olaraq paslanmaz metaldan olan konstruksiyanı qaynaq etmək və qaynaq olunmuş hissəlləri bərpa etmək olur. Peşəkar mütəxəssislər dayanıqlı material seçməkdə düzgün seçim edirlər.

​ Paslanmaz poladı seçməyimizin səbəbi:

1. Yüksək antikorroziyaya malikdir (uzunmüddətlidir)

 

2. Gigiyenik cəhətdən təmizdir. (Zərərli bakteriyaları özündən dəf edir)

 

3. Rahat qaynaq olunur və bərpa olunur.

4. Parlaqlığı ilə cəlbedicidir.

 

Nəticə: Paslanmaz poladdan hazırlanmış məhsullar və dizaynlar praktik olaraq əbədi olduğu halda, xrom örtüklü analoqların məhdud ömrü var.

HAQQIMIZDA

YALNIZ KEYFİYYƏTLİ XAM MAL

NƏ ÜÇÜN MƏHZ BİZ?

PULSUZ ÖLÇÜ GÖTÜRMƏ VƏ QİYMƏTLƏNDİRİLMƏ

DAİMİ MÜŞTƏRİLƏRƏ ENDİRİM VƏ GÜZƏŞTLƏR

BİZ FASİLƏSİZ VƏ İSTİRAHƏTSİZ İŞLƏYİRİK

BİZİ SEÇDİLƏR

Yollanır…

Xəta baş verdi

Forma qəbul olundu.

 BİZƏ YAZ

 

 

 

         Ünvan: Ziya Bünyatov 20/61

 

         Əlaqə :  99455 665 37 47

                       99451 877 37 47

 

         Email : az-paslanmaz@yandex.ru

 

         Website: www.paslanmaz.az

 

 

 

 

 

MƏHƏCCƏR

GÜNLÜK VƏ TAVANLAR

HOVUZ ÜÇÜN

BAYRAQ DİRƏKLƏRİ

MÜXTƏLİF

www.paslanmaz.az

Bütün hüquqlar qorunur 2019

Z. Bünyatov  20/61

info@paslanmaz.az

994 55 665 37 47

994 51 877 37 47